Azərbaycan yığması üçün danimarkalı forvard milliləşdirilə bilər
12 sentyabr 2014 17:15
Tezliklə Azərbaycan yığmasında daha bir milliləşdirilmiş futbolçu peyda ola bilər. Azerisport.az saytının əldə etdiyi məlumata görə, söhbət türk əsilli danimarkalı futbolçudan gedir.
Onun adı hələlik, gizli saxlanılır. Amma 25 yaşlı hücumçunun Danimarka çempionatında çıxış etdiyi bəllidi.
Sözügedən hücumçu yığmamızın baş məşqçisi Berti Foqtsa təklif olunub və almaniyalı mütəxəssis razılığını verib.