Fotoreportaj|Video|На русском

Futbol

Aqil Məmmədov: Heç kim bizim haqqımızı yeməsin

3 sentyabr 2014 00:34

"Bakı"nın qapıçısı Aqil Məmmədovun azerisport.az saytına müsahibəsi

- "Qarabağ"la heç-heçəyə (2:2) nail olduz, ilk xalınızı qazandız. Oyun haqda fikrin necədi?
- Oyun yaxşı keçdi. Düzdü, birinci hissədə "Qarabağ" bir az bizi sıxdı. Amma ikinci hissə toparlandıq. Uşaqların özündə inam göründü. Futbolda ad-sanın önəmli olmadığı göründü. Sona kimi oynadıq. Biz qələbə də qazana bilərdik. Həqiqətən iki xal itirdik. Qələbəyə layiq idik. Sadəcə, oyundan qabaq uşaqlar "Qarabağ"dan çəkindi. Fikirləşdilər ki, rəqib Avroliqada oynayır. Sonra gördülər ki, yox oynamaq olar onlarla. Oynadıq, qələbəyə də yaxın olduq. Ancaq olmadı. Qarşıdakı oyunlara baxacağıq.

- Bəzi epizodları qolla nəticələndirə bilmirsiz. Bu, təcrübəsizlikdən irəli gəlir?
- Bəli, təcrübəsizlik öz sözünü deyir. Məsələn, Muarem Muaremi gördüz, bir epizod oldu, onu da vurdu.

- Yeri gəlmişkən, həmin epizodda Muaeremin zərbəsinin qarşısını ala bilməzdiz?
- Həmin epizod fərqli alındı. Çünki top birbaşa üstümə gəlmirdi. Üstümə gəlsəydi, tutardım. Sadəcə, qarışıqlıq yarandı və top Muaremin qarşısına düşdü. O da tez döndü, vurdu. Təcrübəsini göstərdi.

- Demişdin ki, "Bakı" çempionatda ən baxımlı oyun göstərən komandalardandı. "Qarabağ" qarşısında nümayiş etdirdiyiniz oyundan sonra da fikrində qalırsan?
- Bəli. "Bakı" gözəl oynayır. Bu oyun sübutdu. Bu gün azacıq nəsə çatışmadı. O da təcrübəsizlik. Bzim oyunçular da səviyyəlidi. Sadəcə, təcrübəsizlik qol epizodlarında öz sözünü deyir.

- Hakimlik haqda nə düşünürsən?
- Hakimliklə bağlı danışmaq istəmirəm. Bu, düzgün olmazdı.

- Referilər bəzi epizodlarda sanki "Qarabağ"a simpatiya göstərirdi...
 - Heç kim elə bilməsin ki, "Bakı" küçə komandasıdı. "Bakı" hər zaman Azərbaycan futboluna öz töhvəsini verir. İndi də cavan heyətimiz var. Bu da Azərbaycan futbolunun xeyrinədi. Buna dəstək olmaq lazımdı. Bizə heç kim badalaq vurmasın. Kim badaqla vursa, cavabını alacaq.

- Hər halda etiraf etmək lazımdı ki, əksər epizodlarda hakim "Qarabağ"ı bağışlayırdı. Bu, nədən irəli gəlirdi?
- "Qarabağ" Azərbaycan çempionudu və Avropa Liqasında da qrupda oynayacaq. Maddi cəhətdən də indi bizdən çox güclüdü. Belə götürəndə, istər-istəməz hakimin simpatiyası az da olsa, keçir o tərəfə. Hakim də insandı. Bir saniyə içində qərar verir. Səhv də edə bilər.

- Bir epizodda Vüqar Nadirov Yure Travnerə açıq-aşkar dirsək zərbəsi vursa də, hakim ona sarı vərəqə göstərməklə bağışladı...
- Razıyam. Həmin epizodda qırmızı vərəqə var idi. Yan xətt hakimi də ona qaydanın pozulduğunu dedi. Amma yenə vermədi. Ola bilər ki, baş hakimin "Qarabağ"a simpatiyası var idi.

- Hakimlərə bir neçə epizodda etiraz etdin...
- Mən haqqı tələb edirəm. Bax sora deyirlər ki, Aqil hakimlərlə mübahisə edir. Mən komandanın kapitanıyam. Bizdə hamısı cavan uşaqlardı. Onlar nə söz deyəcək hakimə? Məcbur mən deməliyəm. Axı həm də kapitanam. Ona görə də heç kim deməsin ki,Aqil getdi hakimin üstünə,nə bilim nə. Mən artıq hərəkət etmirəm. Hərəkətimi bilirəm. Sadəcə, haqqı tələb edirəm. Görürəm haqsızlıq edirlər bizə qarşı, mən də deyirəm qardaş niyə belə edirsən? Hakimə söz deyirəmsə, deməli boş yerə demirəm. Haqqımızı tələb edirəm. Hakimlərə deyirəm ki, qardaş xahiş edirəm eyni səviyyədə oyun idarə et. Nə bizə kömək et, nə də haqqımızı ye.

- Aqil, bu heç-heçə "Bakı"ya qarşıdakı turlarda təkan verə bilər?
- Biz indiyə kimi çox yaxşı oynayırıq. "Neftçi" ilə çox yaxşı başladıq. Heyf ki, uduzduq. "Qəbələ" ilə də əla oynadıq. Ancaq sonda onlar qazandı. Halbuki qələbəyə layiq biz idik. İndi də "Qarabağ"la matçda. Biz bu oyunda iki xal qoyub gedirik. Bir də söz deyim. Heç kim deməsin ki, "Qarabağ" yorğun idi. Heç kim bunu dilinə gətirməsin. Hamısı da oynadı və meydanda idilər. "Qarabağ" Avropa komandasıdı. Heç kim başlamasın ki, "Qarabağ" yorğun idi, ona görə "Bakı"nı uda bilmədi. Bu, haqsızlıq olar. Biz meydanda gözəl oynadıq və qələbəyə də yaxın idik. Heç kim bizim haqqımızı yeməsin.

- Bu heyətlə "Bakı"nın vəziyyəti necə olacaq?
- Sabahın işini bilmək olmaz. Kim bilərdi ki, "Bakı"nın belə cavanlaşdırılmış heyəti olacaq? Heç kəs. Ona görə bilmək olmaz, mövsümün yarısından sora "Bakı"nın iddiası necə olacaq. Biz rəhbərliklə danışmışıq. Anca indi maddi vəziyyət tam yaxşı deyil. İnşallah, düzələcək. Allah da bəndəsinin sıxıntıda olmasına dözməz. Yusifi quyudan çıxaran Allah bizə də bir köməklik göstərər.

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah