"XL belə bir hücumçunu buraxmamalıydı"
3 sentyabr 2014 00:23
"Xəzər Lənkəran"dan ayrılan Etame Mbilla yenidən Türkiyəyə qayıdıb. Azerisport.az xəbər verir ki, o, qardaş ölkənin "Samsunspor" klubu ilə anlaşıb.
Bu, sözügedən komandanın digər hücumçusu Eldin Adiloviçi təəccübləndirib. Saytımıza açıqlamasında "Muğan"ın sabiq forvardı bunları söyləyib: "Mən Mbillanı tanıyanda o, çox yaxşı formada idi. Əla sürəti, yaxşı zərbələri vardı. Maraqlıdı, o, "Xəzər Lənkəran"dan niyə ayrıldı ki? Məncə, belə bir hücumçunu əldən buraxmamaq lazım idi. Amma onun bizim komandaya gəlməsi xeyrimizədi. Hücum xəttimiz daha da güclü olacaq".