UEFA Dneprin Qarabağı öz stadionunda qəbul etməsinə icazə vermədi
3 sentyabr 2014 00:17
UEFA Ukraynanın "Dnepr" klubuna Avropa Liqasının qrup mərhələsindəki ev oyunlarını Dnepropetrovskdakı öz stadionunda - "Dnepr Arena"da keçirməsinə icazə verməyib. Azerisport.az xəbər verir ki, sözügedən komanda F qrupundakı rəqiblərindən olan Azərbaycan çempionu "Qarabağ"ı Kiyevdəki "Olimpiya" stadionunda qəbul edəcək.
Buna səbəb isə Ukraynadakı qeyri-sabit siyasi vəziyyət göstərilir.
Qeyd edək ki, "Dnepr" İtaliyanın "İnter" və Fransanın "Sent-Etyenn" klublarını da Kiyevdə qəbul edəcək.