Fotoreportaj|Video|На русском

Futbol

Seçmə mərhələ öncəsi son sınaq

3 sentyabr 2014 00:06

Bu gün futbol üzrə Azərbaycanın əsas yığma komandası növbəti matçına çıxacaq. Azerisport.az xəbər verir ki, Berti Foqtsun rəhbərlik etdiyi yığmamızın bu dəfəki sınaqçı rəqibi Rusiya olacaq.

Bəribaşdan qeyd edək ki, bu komanda millimiz üçün tanış rəqibdi. Belə ki, Rusiya iki dəfə də dünya çempionatının seçmə mərhələsində Azərbaycan yığmasına rəqib olub. Öncə DÇ-2010-un seçmə mərhələsi çərçivəsində - 2009-cu il martın 28-də Moskvada baş tutan qarşılaşmada meydan sahibləri 2 cavabsız qolla qalib gəlmişdilər. Həmin ilin 14 oktyabrında Bakıda keçirilən görüşdə isə 1:1 hesablı heç-heçə qeydə alınmışdı və Vaqif Cavadovun vurduğu möhtəşəm qol sayəsində millimiz ruslara böyük zərbə vurmuşdular.

Elə DÇ-2014-ün seçmə mərhələsində də bu komandalar eyni qrupda yer alıblar. Moskvadakı ilk qarşılaşmada ruslar yalnız son dəqiqələrdəki penalti qolu sayəsində minimal hesablı qələbəyə sevinmişdilər. Ötən il oktyabr ayının 15-də Bakıda baş tutan cavab görüşündə isə millimiz bu rəqibi ilə yenə 1:1 hesablı heç-heçəyə razılaşmışdı.

Yoxlama oyunları çərçivəsində isə bu komandalar ilk dəfə üz-üzə gələcəklər. Əvvəlki dörd qarşılaşmada statistika rusların xeyrinədi. 2 qələbə qazanmış şimal qonşularımız millimizə qələbə sevinci yaşamağa imkan verməyiblər. Topların fərqində də millimiz geridədi - 2:5. Amma ümid edək ki, yoxlama oyununda yığmamız qələbəyə sevinən tərəf olacaq. Baxmayaraq ki, oyun bir qayda olaraq uduzduğumuz Moskvada baş tutacaq.

Rusiya yığması FİFA-nın son açıqlanan reytinq cədvəlində 23-cü yeri tutur. Rəqib sonuncu dünya çempionatının iştirakçısıdı. Bir sözlə komandamızı çox ciddi sınaq gözləyir. Ən azından ona görə ki, ruslarla müqayisədə FİFA reytinqindəki mövqeyinə əsasən millimiz (maraq üçün bildirək ki, millimiz hazırda 73-cü pillədə qərarlaşıb) xeyli geridədi. Amma bu, Rusiya ilə görüşdə heç bir şansımızın olmadığı anlamına gəlməməlidi.
 
Rusiya millisinə italiyalı mütəxəssis Fabio Kapello başçılıq edir. 67 yaşlı məşqçi 2012-ci ildən etibarən bu yığmanı çalışdırır. 1987-ci ildən məşqçilik edən mütəxəssis Rusiyadan öncə İngiltərə millisində də işləyib. O, həmçinin İtaliyanın “Milan”, “Roma”, “Juventus” klublarında, İspaniyanın “Real” komandasında da çalışıb.

Azərbaycan millisinin bu günkü matçı həm də 2014-cü ildə 4-cü oyunu olacaq. Yığmamız bu il hələ rəsmi oyun keçirməyib. Mart ayında Dubayda Filippinə 1:0 hesabıyla qalib gələn futbolçularımız mayda San-Fransiskoda baş tutan görüşdə ABŞ millisinə 2 cavabsız qolla uduzmuşdu. Avqustun 20-də Bakıda baş tutan Özbəkistanla qarşılaşma isə 0:0 hesabıyla başa çatmışdı.

Rusiya ilə oyun yığmamızın AÇ-2016-nın seçmə mərhələsi öncəsi son sınağıdı. Bu ayın 9-da komandamız Bakıda yeni tsiklin açılış oyununda Bolqarıstanı qəbul edəcək. Ona görə də baş məşqçi Berti Foqts Moskvadakı görüşdə məhz qarşıdakı rəsmi oyun üçün heyəti müəyyənləşdirməyə çalışacaq. Bolqarlarla görüş öncəsi Moskvada qazanılacaq müsbət nəticə və ya sərgilənəcək yaxşı oyun komandamızı daha da ruhlandıra bilər. Odu ki, ruslarla qarşılaşma komandamız üçün kifayət qədər vacib əhəmiyyət daşıyır.

Sonda onu da qeyd edək ki, yığmamız bu gün tarixi ərzində 207-ci matçına çıxacaq. İndiyəqədərki oyunların 38-də qələbə qazanmışıqsa, 56-da da heç-heçə ilə təsəlli tapmışıq. 112 qarşılaşmada isə məğlubiyyətlə üzləşmişik. Topların fərqi də millimizin xeyrinə deyil: 146 qol vurduğumuz halda, öz qapımızdan 348 top çıxarmışıq.

Yoxlama oyunu
3 sentyabr
 
20:00. Azərbaycan – Rusiya
Baş hakim: Rövşən İrmatov (Özbəkistan).
Moskva. “Ximki Arena”.

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah