Nikolay Badurov: Bakıdan qələbə ilə qayıtmaq istəyirik
Bolqarıstan yığmasının və İngiltərənin "Fulhem" klubunun müdafiəçisi Nikolay Badurovun azerisport.az saytına müsahibəsi
- Rusiya - Azərbaycan oyununa baxacaqsız?
- Yəqin ki. Komandamızın hər bir üzvü kimi, mən də rəqibi iş başında görmək istəyirəm. Çünki mənim özümə də maraqlıdı.
- Proqnozunuz nədi?
- Fikrimcə, proqnozsuz da keçinmək olar. Ruslar favoritdi, amma Azərbaycan son dövrlər çox artırıb.
- Azərbaycan yığması haqda hazırda nə bilirsiz?
- Bilirəm ki, yaxşı müdafiə olunmağı, qol vurmağı bacarırlar.
- Bolqarıstan Bakı səfərindən hansı nəticə ilə qayıtmağı planlaşdırır?
- Bu, seçmə mərhələ çərçivəsində hər iki komandanın ilk oyunu olacaq. Ona görə də məsuliyyətimizi başa düşürük. Azərbaycan yığmasının bizə İtaliya və İngiltərə kimi baxmayacağını bilirik. Amma Bolqarıstan yığması da güclü komandadı.
- Bakıda sizi hansı nəticə qane edəcək?
- Qələbə qazansaq, daha yaxşı olardı. Azərbaycan yığmasına hörmətlə yanaşsam da, düşünürəm ki, bizdə hər şey yaxşı alınacaq.