Lisenziyaların yenilənmə kursu keçiriləcək
2 sentyabr 2014 12:41
Oktyabr ayının 6-dan 8-dək AFFA tərəfindən Bakı şəhərində UEFA-nın, "A", "B" və "C" kateqoriyalı məşqçi lisenziyalarının yenilənmə kursları keçiriləcək. Azerisport.az xəbər verir ki, kursda iştirak etmək üçün aşağıdakılar tələb olunur:
1. Ərizə
2. Şəxsiyyət vəsiqəsinin surəti
3. Sağlamlıq haqqında arayış
4. 2 ədəd şəkil (3x4)
5. Lisenziya və diplomun surəti
Kursda iştirak üçün ödənişin məbləği:
- C lisenziya üçün 100 manat
- B lisenziya üçün 300 manat
- A lisenziya üçün 500 manat