FİFA Dalğa Arenanın süni örtüyünə 2 ulduz verdi
2 sentyabr 2014 12:35
AFFA Futbol Mərkəzindəki "Dalğa Arena"nın yenilənmiş süni örtüyünə ən yüksək sertifikat olan 2 ulduzun alınması məqsədilə AFFA FIFA-ya müraciət etmişdi. Azerisport.az xəbər verir ki, beynəlxalq futbol qurumu bu müraciəti cavablandırıb.
FIFA tərəfindən adıçəkilən stadionun süni örtüyünə 2015-ci il avqustun 25-dək 2 ulduzun verilməsini təsdiqləyən sertifikat artıq AFFA-ya göndərilib. (AFFA)