Penev: Azərbaycan ilə oyunda bizi ancaq qələbə qane edəcək
2 sentyabr 2014 15:25
Futbol üzrə Bolqarıstan yığmasının baş məşqçisi Lyüboslav Penev AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirəcəkləri səfər oyunu ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Biz dünya səviyyəli komanda deyilik. Amma inkişaf etməyə çalışırıq. Bizim minimum hədəfimiz pley-off oyunlarına vəsiqə qazanmaqdı. Oyunçularımız yaxşı formadadılar, onların durumundan razıyam. Azərbaycanla oyunda hədəfimiz yalnız qələbədi. Hər kəs seçmə mərhələyə qələbə ilə başlamaq istəyir. Rəqib komandanı da izləməkdəyik. Qarşıda onların Rusiya ilə yoxlama oyunu var. Həmin oyunu diqqətlə izləmək fikrindəyik".