Lippert Seyidovun milliyə çağırılmamasının səbəbini açıqladı
2 sentyabr 2014 14:50
Azərbaycanın U-21 yığmasının baş məşqçisi Bernard Lippert "Neftçi"nin yarımmüdafiəçisi Mirhüseyn Seyidovun AÇ-2015-in seçmə mərhələsi çərçivəsində İsrail və Portuqaliya ilə oyunlara çağırılmamasının səbəbini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Seyidov Norveçə uduzduğumuz oyundan sonra demişdi ki, mən artıq U-21-də oynamaq istəmirəm. Ona görə də bu futbolçunu İsrail və Portuqaliya ilə görüşlərə çağırmadıq".