Lippertin istefası yeni baş məşqçi tapılandan sonra qəbul olunacaq
2 sentyabr 2014 14:20
Azərbaycanın U-21 yığmasının baş məşqçisi Bernard Lippertin istefası onun yerinə yeni mütəxəssis gətiriləndən sonra qəbul olunacaq. Azerisport.az xəbər verir ki, AFFA-nın İsrail və Portuqaliya ilə oyunlardan sonra və ya ilin sonuna kimi yeni baş məşqçi tapması və almaniyalı mütəxəssisin istefasını qəbul etməsi gözlənilir.