Lippert millimizdən gedir
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Bernard Lippert bəyan edib ki, o, istefa verməyə hazırlaşır. Azerisport.az xəbər verir ki, AÇ-2015-in seçmə mərhələsi çərçivəsində sabah keçiriləcək İsraillə oyun ərəfəsində - bu gün mətbuat konfransı keçirən almaniyalı mütəxəssis millimizdən gedəcəyini açıqlayıb.
O bildirib ki, sentyabrın 3-də İsrail, 8-də Portuqaliya ilə keçiriləcək oyunlar onun U-21-də son matçları olacaq: "Mənim AFFA-nın idman direktoru kimi işim onsuz da çoxdu. Klubların idman direktorlarına və PRO lisenziyasına görə cavabdehlik daşıyıram. Ona görə də AFFA rəhbərliyinə yığmadan getmək istədiyimi bildirmişəm. İsrail və Portuqaliya ilə oyunlardan sonra yığmadan ayrılmağı düşünürəm. Futbolçulara da bu barədə məlumat vermişəm".