Hakimi təhqir etdi, 3 oyun cəza aldı
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatının 4-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“Qəbələ” – AZAL matçında AZAL-ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.
“Sumqayıt” – “Araz Naxçıvan” matçında “Sumqayıt”ın 5 , “Araz Naxçıvan”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 500 manat cərimə olunub. Oyunun 63-cü dəqiqəsində “Sumqayıt”ın futbolçusu Xaqan Məmmədli rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb, klubu 1000 manat cərimə olunub.