Bakı Qarabağla matçın hakimliyindən narazıdı
1 sentyabr 2014 17:55
"Bakı" Peşəkar Futbol Liqasına müraciət etməyə hazırlaşır. Azerisport.az xəbər verir ki, paytaxt klubu Premyer Liqanın 4-cü turu çərçivəsində baş tutan "Qarabağ"la oyundakı (2:2) hakim idarəçiliyindən narazı qalıb.
Klubun mətbuat xidmətindən aldığımız məlumata görə, "zolaqlılar" ilk yarıda Çumbinyonun yararlandığı penaltinin təyin olunmasını ədalətsiz sayırlar. Klub belə qərarların gənc futbolçulara pis təsir edəcəyindən ehtiyatlanır. Paytaxt klubunun rəhbərliyi hakimlərdən xahiş edir ki, bu komandanın oyunlarını idarə edərkən qəbul olunan qərarlarına diqqət yetirsinlər.