İnterin yerli futbolçusu 1-ci oldu
1 sentyabr 2014 17:25
“İnStat Football” şirkəti “İnter”in futbolçularının fiziki fəallığı haqqında məlumatları təqdim edib. Azerisport.az xəbər verir ki, Premyer Liqanın 4-cü turunun “Xəzər Lənkəran” - “İnter” (1:0) oyununda qonaq komandanın futbolçuları 107,3 kilometr məsafə qət ediblər.
Bu matçda “bankirlər”in heyətində ən çox məsafə qət edən beş futbolçu ilə sizi tanış edirik:
1. Abdulla Abatsiyev - 11309 m.
2. Derlis Meza Kolli - 11116 m.
3. Mikel Alvaro - 10824 m.
4. Məhəmməd Mirzəbəyov - 10245 m.
5. Arif Daşdəmirov - 9961 m.