Toni Adams: Azərbaycan tezliklə İngiltərə yığmasını qabaqlayacaq
1 sentyabr 2014 13:14
"Qəbələ"nin sabiq baş məşqçisi Toni Adams İngiltərə yığmasını tənqid edib. Azerisport.az xəbər verir ki, o, "The Sun"a açıqlamasında bunları söyləyib:
"İngiltərə yığmasında nə lider, nə personal, nə əsl kapitan var. Buna tam əminəm. Əgər belə davam etsək, Azərbaycan yığması bizi qabaqlayacaq".