Avropa Liqasının qrup mərhələsinə yüksələn ikinci Azərbaycan klubu
29 avqust 2014 00:25
Son Azərbaycan çempionu "Qarabağ" Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan ikinci klubumuz kimi ölkə futbolunun tarixinə düşüb. Azerisport.az xəbər verir ki, ilk dəfə bu uğura iki il öncə "Neftçi" nail olmuşdu.
Qeyd edək ki, "Qarabağ" bundan öncə daha üç dəfə Avroliqanın pley-offuna çıxsa da, istəyinə çata bilməmişdi. Qurban Qurbanovun komandası buna dördüncü cəhdində nail ola bildi.