Nikola Drinçiç: Biz qələbəni Neftçidən daha çox istəyirdik
29 avqust 2014 00:05
Serbiyanın "Partizan" klubunun futbolçusu Nikola Drinçiç Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri cavab oyunundan sonra fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, komandasının 2:1 hesablı qələbəsini belə şərh edib:
"Neftçi"nin necə güclü rəqib olduğunu bilirdik. Onlar bu gün də yaxşı oynadılar. Sadəcə, biz qələbəni onlardan daha çox istəyirdik. Azarkeşlər sadəcə, super idilər".
Bu komandalar arasında Belqradda keçirilmiş ilk oyunda da "Partizan" 3:2 hesabıyla üstün olmuşdu.