Muarem Muarem: Qrupda çətin oyunlar çox olacaq
29 avqust 2014 15:50
Hollandiyada "Tvente"nin qapısına qol vuran Muarem Muarem azərisport.az saytına "Qarabağ"ın qrup mərhələsinə düşməsiylə bağlı açıqlama verib:
"Fərqi yoxdu,qolu kim vurub. Biz hamımız "Qarabağ"ın uğurları üçün çalışırıq. Çox arzulayırdıq ki, komandamız Avropada mübarizəni davam etdirsin. Bu qələbə bizə çox lazım idi. İndi qrup mərhələsi haqda düşünəcəyik. Rəqiblər məlum olandan sonra onlara qarşı hazırlaşacağıq. Hər bir oyunda uğur qazanmağa iddialıyıq. Əlbəttə, qrupda çətin oyunlar çox olacaq. Amma azarkeşlərimizin dəstəyi ilə biz buna hazırıq".