Qarabağ bu gün səhər saatlarında Bakıda olacaq
29 avqust 2014 01:35
"Qarabağ" Avropa Liqasının pley-off mərhələsində Hollandiyanın "Tvente" klubunu mübarizədən kənarlaşdırdı. Azerisport.az xəbər verir ki, Ağdam klubu Bakıda rəqibi ilə qolsuz heç-heçəyə razılaşsa da, səfərdə 1:1-lik hesab "atlılar"ı qrup mərhələsinə daşıyıb.
Təmsilçimiz artıq vətənə qayıtmağa hazırlaşır. "Qarabağ" bu gün 09:30-da Heydər Əliyev adına Beynəlxalq hava limanında olacaq.