Qarabağ 1 120 000 avro qazanc əldə etdi
29 avqust 2014 13:30
Azərbaycan çempionu "Qarabağ" Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqla 1 120 000 avro qazanc əldə edib. Azerisport.az xəbər verir ki, komandamızın Çempionlar Liqasında iki təsnifat mərhələsindəki iştirakı Ağdam təmsilçisinə 480 min avro qazandırıb.
Avroliqanın qrupuna vəsiqə qazanması isə əlavə 640 min avro qazanc gətirib.
"Qarabağ" qrup mərhələsindəki hər oyuna görə 60 000 avro gəlir əldə edəcək. Amma hər oyunda qazanacağı qələbə komandamıza 140 000 avro, heç-heçə isə 70 000 avro əlavə gəlir gətirə bilər.