Fotoreportaj|Video|На русском

Futbol

Topaz Premyer Liqasında 4-cü tur həyəcanı

29 avqust 2014 01:15

Həftəsonu Topaz Premyer Liqasında 2014/15 mövsümünün 4-cü turunun oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, bu dəfə üç gün davam edəcək turun 2 oyunu Bakıda, 3-ü paytaxtdan kənarda baş tutacaq.

Hesabat turuna Lənkəranda start veriləcək. Burada mövsümə çox pis başlayan, buna görə bir neçə futbolçusu ilə vidalaşan "Xəzər Lənkəran"la çempionatın lideri "İnter" üz-üzə gələcək. "Bankirlər" uğurlu seriyanı davam etdirməyə və zirvədəki yerini qorumağa, cənublular isə uğursuz gedişata son qoymağa, ilk qələbəsini qazanmağa çalışacaq. 29-cu dəfə qarşılaşacaq rəqiblərin duellərinin yarıdan çoxu (15 oyun) heç-heçə başa çatıb. Qalibin müəyyənləşdiyi qarşılaşmalarda isə “İnter” üstünlüyə malikdi - 9 qələbə. Bakılılar son 7 qarşılaşmada uduzmayıb. "Xəzər Lənkəran"ın bu rəqibi üzərində cəmi 4 qələbəsi var. Top fərqində də bakılılar öndədilər - 30:24.

İkinci oyun günündə öncə “Qəbələ” və AZAL klubları üz-üzə gələcəklər. Mövsümə biabırçı məğlubiyyətlə başlayan Dorinel Muntyanunun komandası artıq son iki oyundakı qələbə ilə özünə gəlib və uğurlu çıxışının davamını gətirmək istəyir. "Təyyarəçilər" isə qeyri-sabit çıxış edir və bu çətin səfər oyununda nəyə nail olacağı maraqla gözlənilir. Son turda "Neftçi" ilə oyunu təxirə salındığı üçün əlavə istirahət imkanı qazanan Tərlan Əhmədovun komandası ilk qələbəsini qazanmaq istəsə də, bu, asan olmayacaq. AZAL 19-cu duel öncəsi kiçik üstünlüyə malik olsa da, son matçlar “Qəbələ”nin üstünlüyü ilə keçib. Ötən mövsümə təsadüf edən son 4 matçda bakılılar cəmi 1 xal qazana bilib. Paytaxt təmsilçisi rəqib meydanındakı son 3 matçda qola, son 7 görüşdə isə qələbəyə həsrətdi. Baxmayaraq ki, bu komanda əvvəlki 18 oyunun 7-də qələbəyə sevinən tərəf olub. Daha 6 görüş sülhlə bitdiyi halda, 5 oyunda da "Qəbələ" 3 xalı bayram edib. Topların fərqində də AZAL öndədi - 26:15.

Günün digər oyununda “Sumqayıt” doğma meydanda “Araz Naxçıvan”la üz-üzə gələcək.
Premyer Liqada fərqli vaxtlarda çıxış edən komandalar indiyədək üz-üzə gəlməyib. Bu dəfəki matç komandalar arasında ilk duel olacaq. İlk iki turdan sonra sürpriz şəkildə çempionatın lideri olan Aqil Məmmədovun komandası son turda "İnter"ə biabırçı hesabla məğlub oldu. Sumqayıtlılar bu oyunda yəqin ki, həmin acı yenilgini unutdurmağa çalışacaq. Amma rəqib də ilk turda "Neftçi"ni darmadağın etmiş "Araz Naxçıvan"dı. Yeni mövsümün debütantı son turda "Qarabağ"la oyunu təxirə salındığından əlavə istirahət imkanı qazanıb.

Son oyun günündə əvvəlcə “Neftçi” “Simurq”u qəbul edəcək. Avropa Liqasındakı iştirakına görə son turda meydana çıxmayan "ağ-qaralar"ı çətin sınaq gözləyir. Çünki rəqib bu mövsüm keçirdiyi hər iki oyunda qələbə qazanmış Zaqatala təmsilçisidi. Georgi Çixradzenin komandası uğurlu seriyanı davam etdirmək üçün indi daha bir iddialı rəqibini məğlub etməlidi. Amma bu, elə də asan olmayacaq. Çünki Zaqatala təmsilçisi ilə oyunlarda böyük üstünlüyə malik olan “Neftçi” cəmi 1 dəfə məğlubiyyət acısı yaşayıb. Təxminən 5 ildi rəqibinə yenilməyən bakılılar son 13 qarşılaşmada uduzmayıb. “Simurq” ötən mövsümün 4 görüşündə qol da vurmayıb. Tərəflər arasındakı 6 görüş də qolsuz bitib. Top fərqində isə "Neftçi"nin böyük üstünlüyü var - 29:7.

Nəhayət, turun qapanış matçı son çempion “Qarabağ”la “Bakı” arasında keçiriləcək. "Neftçi" kimi Avroliqada iştirak edən "Qarabağ" da son turda meydana çıxmayıb. Ağdam klubunun zəif rəqibi üzərində asan qələbə qazanması şübhə doğurmur. "Zolaqlılar"ın məlum səbəblərdən bu oyunda da uduzmaq ehtimalı yüksəkdi. İlk dəfə 18 il əvvəl görüşən komandalar artıq 47-ci dəfə qarşılaşacaq. Üstünlüyə malik olan “Qarabağ” bütövlükdə 17 oyunda, eyni zamanda son 3 ev matçında qalib gəlib. Ağdamlılar həmin görüşlərdə 3 və daha çox qolla 3 xalı əldə edib. 14 qarşılaşmada qalib müəyyənləşmədiyi halda, "zolaqlılar" 15 qələbəyə seviniblər. Top fərqi də son çempionun xeyrinədi - 58:48.

Topaz Premyer Liqası
4-cü tur

29 avqust (cümə)

20:00. Xəzər Lənkəran - İnter
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Mehman Mahmudov, Fərid Məmmədov.
AFFA nümayəndəsi: Qürbət Həsənov.
Hakim-inspektor: Şahin Cəfərov.
“Xəzər Lənkəran” mərkəzi stadionu.

30 avqust (şənbə)

19:30. Qəbələ - AZAL
Hakimlər: Rauf Cabbarov, Elşən Acalov, Nahid Əliyev, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Rauf Əmirov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Qəbələ şəhər stadionu .

20:00. Sumqayıt - Araz Naxçıvan
Hakimlər: Ömər Paşayev, Rza Məmmədov, Coşqun Həsənov, Mahir Məmmədov.
AFFA nümayəndəsi: Nüvər Xasıyev.
Hakim-inspektor: Xaqani Məmmədov.
Sumqayıt. “Kapital Bank Arena”.

31 avqust (bazar)

18:00. Neftçi - Simurq
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Rahil Ramazanov, Ramiz Məhərrəmov.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Məlik Həsənov.
Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu.

20:30. Qarabağ - Bakı
Hakimlər: Ramil Diniyev, Kamran Bayramov, Rəvan Həmzəzadə, Teymur Fərhadov.
AFFA nümayəndəsi: Sakin Məmmədzadə.
Hakim-inspektor: Rövşən Əhmədov.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
 

1 İnter 3 2 1 0 9 1 +8 7
2 Simurq 2 2 0 0 4 0 +4 6
3 Sumqayıt 3 2 0 1 5 5 0 6
4 Qəbələ 3 2 0 1 3 4 –1 6
5 Araz N 2 1 0 1 3 1 +2 3
6 Neftçi 2 1 0 1 1 3 –2 3
7 AZAL 2 0 1 1 1 3 –2 1
8 XL 3 0 1 2 1 4 –3 1
9 Qarabağ 2 0 1 1 0 3 –3 1
10 Bakı 2 0 0 2 0 3 –3 0

Bombardirlər:
4
- Mikel Alvaro (İnter)
2 - David Janelidze (Araz Naxçıvan), Məhəmməd Qurbanov (Sumqayıt), Rəşad Eyyubov (Simurq).

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah