Neftçi favorit, Qarabağ autsayderdi
28 avqust 2014 12:29
İdman mərc oyunları operatoru “Topaz” futbol üzrə UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunlarına pul qoyuluşu etmək istəyənlər üçün əmsalları açıqlayıb. Azerisport.az xəbər verir ki, milli bukmeker kontorumuz Azərbaycan təmsilçilərinin də qələbə qazanmaq şanslarını dəyərləndirib.
“Topaz” səfərdə oynayacaq "Qarabağ"a şans tanımayıb. Bakıda meydana çıxacaq "Neftçi"nin "Partizan"ı keçmək şansları isə yüksək qiymətləndirilir.
Bu oyunların əmsalları ilə aşağıda tanış ola bilərsiz:
Avropa Liqası
Pley-off mərhələsi (cavab oyunları)
28 avqust
21:00. Neftçi - Partizan (2.30 - 3.20 - 2.45)
22:30. Tvente - Qarabağ (1.50 - 3.50 - 5.00)