Partizanın avtobusu Bakıda daşa basıldı
28 avqust 2014 00:30
Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Neftçi" ilə cavab oyunu üçün Bakıya gələn Serbiyanın "Partizan" klubu paytaxtımızda xoşagəlməz olayla üzləşib. Azerisport.az xəbər verir ki, bu barədə klub prezidenti Draqan Dyuriç ölkəsinin mətbuatına açıqlamasında məlumat verib.
O, bildirib ki, komandası oyun öncəsi son məşqə çıxdığı Tofiq Bəhramov adına Respublika stadionundan məskunlaşdıqları otelə qayıdarkən avtobusları daşa basılıb. Hadisə zamanı heç bir futbolçu xəsarət almayıb.
Klub prezidenti baş verənləri belə şərh edib: "Biz şokdayıq".