Alfred Şreyder: Qarabağla matç 2014-ci ildə ən vacib oyunumuzdu
28 avqust 2014 00:20
Hollandiyanın "Tvente" klubunun baş məşqçisi Alfred Şreyder Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"a qarşı keçirəcəkləri cavab matçı öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Bu, 2014-cü ildəki ən vacib oyunumuz olacaq. Ötən mövsüm üçüncü olduq. İndi isə "Qarabağ"a qarşı oyunu final matçına çıxırmış kimi təsəvvür etməliyik".