Fotoreportaj|Video|На русском

Futbol

Tarixi şansı qaçırmayın!

28 avqust 2014 00:10

Bu gün Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, Azərbaycanın qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirindəki təmsilçiləri - son çempion "Qarabağ"la ölkə kubokunun qalibi "Neftçi" də növbəti sınağına çıxacaq.

Xatırladaq ki, Ağdam klubu bu mövsüm avrokuboklar macərasına Çempionlar Liqasının ikinci təsnifat mərhələsindən başlayıb. Bölgə təmsilçisinin startdakı rəqibi Malta "Valletta"sıydı. "Qarabağ" bu rəqibini səfərdə 1:0, Bakıda isə 4:0 hesabı ilə üstələyərək, adını növbəti mərhələyə yazdırdı. Üçüncü təsnifat mərhələsində isə təmsilçimiz Avstriya "Zalsburq"una uduzaraq (2:1, 0:2), ÇL ilə vidalaşdı. Lakin qaydaya görə, ÇL-in pley-off mərhələsinə vəsiqə qazana bilməyən klublar mübarizəni Avroliqanın eyni mərhələsində davam etdirmək şansına malikdilər. İndi çempionumuzu bu turnirin qrup mərhələsinə düşmək yolunda Hollandiya "Tvente"si ilə çətin sınaq gözləyir.

Hansı ki, bu klub azərbaycanlı futbolsevərlərə çox yaxşı tanışdı. "Qarabağ" 2009-cu ildə ilk dəfə Avropa Liqasının pley-off mərhələsinə yüksələndə Qurban Qurbanovun komandasının bəxtinə məhz "Tvente" çıxmışdı. Həmin vaxt bu komandanı ingilis mütəxəssis Stiv Maklaren çalışdırırdı. Hollandiyada keçirilən ilk qarşılaşma Vüqar Nadirovun erkən qolu ilə yadda qaldı. Az sonra o, daha bir qol vurmağa yaxın olsa da, bundan yararlana bilmədi. Əvəzində 3 qol vuran meydan sahibləri 3:1 hesabıyla qalib gəldilər. Bakıdakı görüşdə isə qolsuz heç-heçə qeydə alındı.

Həmin dövrlə müqayisədə, "Tvente" çox dəyişib. Komandaya indi Alfred Şreyder rəhbərlik edilir. O, vaxtilə Maklarenin köməkçisi vəzifəsində çalışıb. Hollandiyalı mütəxəssis  2007/08 mövsümündə "Tvente"də futbolçu kimi çıxış edib. Amma beş il öncə "Qarabağ"a qarşı oynamış futbolçuların heç biri hazırda "Tvente"də qalmayıb. Baxmayaraq ki, Ağdam klubunda bununla bağlı vəziyyət bir qədər fərqlidi.
 
"Tvente" son mövsümü üçüncü yerdə başa vurub. Enshede şəhərinin təmsilçisi çempion "Ayaks" və gümüş mükafatçı "Feyenoord"dan geri qalıb. Məhz bunun sayəsində komanda Avroliqanın pley-off mərhələsində oynamaq şansı qazanıb. Yəni Hollandiya klubu mübarizəyə birbaşa məhz bu mərhələdən başlayıb. "Tvente" son mövsümdə keçirdiyi 34 oyundan 17-də qalib gəlib, 12-də heç-heçə edib və 63 xal toplayıb. Cəmi 5 görüşdə uduzan enshedelilər rəqib qapılarından 72 top keçirdikləri halda, öz qapılarında 35 qol görüblər. Hollandiya çempionatının yeni mövsümü isə bu komanda üçün uğurlu başlamayıb. "Tvente" geridə qalan üç turda eyni sayda heç-heçəyə imza atıb. Bir sözlə, komanda hələ yeni mövsümdə qələbəyə sevinməyib. 4 qol vuran komanda eyni sayda da top buraxıb.

"Qarabağ"ın budəfəki rəqibi də kifayət qədər güclü klubdu. Bu üzdən də komandamızın "Tvente" səddini keçmək üçün daha böyük güc sərf etməsinə ehtiyac var. Qurban Qurbanovun yetirmələri maksimum diqqətli oynamaqla, ələ düşən qol fürsətlərinin hər birini dəyərləndirməklə sürpriz nəticəyə imza ata bilər. Cavab matçının səfərdə keçirilməsi holandlara sərf edir. Bu üzdən komandamız ilk oyunda qeydə alınan qolsuz heç-heçə üstünlüyündən də maksimum yararlana bilər. Belə ki, ağdamlılara hətta istənilən hesablı qollu heç-heçə də sərf edir ki, mərhələ adlaya bilsin. Odu ki, komandamız bütün gücünü ortaya qoyub, rəqib qapısından mümkün qədər çox top keçirməlidi. Bu oyun ərəfəsində bütün futbolçuların sırada olması, zədəlilərin də qayıtması "Qarabağ" üçün sevindirici məqamlardandı.

Digər təmsilçimiz "Neftçi" də qrup mərhələsinə vəsiqə qazanmaq üçün köhnə tanışı ilə mübarizə aparır. Paytaxt klubu Serbiya "Partizan"ını mübarizədən kənarlaşdırmalıdı. Hansı ki, bu klub azərbaycanlı futbolsevərlərə çox yaxşı tanışdı. "Partizan" Serbiyanın ən titullu klublarından biridi. "Qarbağ"dan fərqli, "Neftçi" bu komanda ilə cəmi iki il öncə üz-üzə gəlib. Özü də Avroliqanın qrup mərhələsində. Belqraddakı ilk oyunda hesab açılmayıb. Bakıdakı qarşılaşmada isə tərəflər hərəyə bir qol vurublar. Hesabı 10-cu dəqiqədə Flavinyo açıb, 67-ci dəqiqədə isə Mitroviç görüşün yekun nəticəsini müəyyənləşdirib.

"Neftçi"nin rəqibi Serbiya çempionatının son mövsümündə yalnız əzəli rəqibi "Crvena Zvezda"dan geri qalıb. Çempion 30 oyuna 72 xal topladığı halda, "Partizan" ondan cəmi 1 (!) xal geri qalıb. 22 qarşılaşmada qalib gələn komanda 5 heç-heçə edib, 3 dəfə məğlub olub. Rəqib qapılarından 64 top keçirən komanda öz qapısında cəmi 20 qol görüb ki, bu göstəricisinə görə "Partizan" mövsümün rekordçusu olub. Bu mövsümün geridə qalan üç turunda da sözügedən komanda inamlı çıxışı ilə seçilir. Hər üç oyununda qalib gələn "Neftçi"nin rəqibi 10 qol vurub, 2 top buraxıb.
 
"Partizan" bu avrokuboklar mövsümünə Çempionlar Liqasından başlayıb. Serbiya çempionatını ikinci pillədə başa vuran komanda ÇL-in ikinci təsnifat mərhələsində Farer adalarının "Torshavn" klubunu iki oyunun cəminə görə 6:1 hesabıyla üstələyib. Amma üçüncü təsnifat mərhələsi çərçivəsində Bolqarıstan "Ludoqorets"i ilə oyunlar Marko Nikoliçin yetirmələri üçün uğursuz başa çatıb. Səfərdə qolsuz heç-heçəyə razılaşan serblər ev oyununda da 2:2 hesablı heç-heçədən artığına nail ola bilməyincə, ÇL-dən kənarda qalıblar. Bu oyunda Petar Şkuletiç dubla imza atıb.

Təbii ki, "Neftçi"nin budəfəki rəqibi Sloveniya "Koper"i və Gürcüstan "Çixura"sı ilə müqayisədə çox ciddi komandadı. Düzdü, son dövrlər Serbiya klubunun düşərgəsindəki maliyyə böhranı var. Amma həm çempionatdakı ardıcıl qələbələr, həm də "Neftçi" ilə ilk oyundakı əzmkar qələbə bunun komandanın çıxışına təsir etmədiyinin bariz sübutudu. Lakin istənilən halda "ağ-qaralar"ın bu rəqibini də mübarizədən kənarlaşdıra biləcəyinə inam var. Cavab oyununun Bakıda keçirilməsi də komandamızın lehinədi. Bu yolda Böyükağa Hacıyevin komandasına səfərdə vurulan 2 qol çox kömək edə bilər. Qazanılacaq uğur Azərbaycan klubunun tarixində ikinci dəfə Avroliqanın pley-off mərhələsinə vəsiqə qazanması baxımından da çox vacibdi.
 
Maraq üçün qeyd edək ki, "Neftçi" kimi, "Qarabağ" da bu mövsüm nəhayət qitə miqyaslı turnirlərdə qrup mərhələsinin iştirakçısı olmaq iddiasındadı. Vaxtilə "Neftçi"nin imza atdığı belə bir uğura Çempionlar Liqasında nail olmaq mümkün olmasa da, Avroliqanın qruplarına düşmək mümkündü. Bir neçə dəfə qrup mərhələsinin astanasında dayanan "Qarabağ"dan bu mövsüm gözləntilər çox yüksəkdi. Bu üzdən "Neftçi" ilə yanaşı, "Qarabağ" da belə bir tarixi şansı əldən qaçırmamalıdı. İki Azərbaycan klubunun eyni vaxtda Avroliqanın qrup mərhələsində çıxış etmək şansı qazanması futbolumuz adına çox böyük uğur olardı. Amma bu uğura nail olmaq üçün son 90, bəlkə də 120 dəqiqə ərzində çox əziyyətə qatlaşmaq lazım gələcək.

Sonda onu da bildirək ki, avrokuboklarda qazanılan istənilən uğur Azərbaycanın UEFA-dakı klub reytinqinə də təsirsiz ötüşmür. Belə ki, klublarımızın hər bir qələbəsi ölkəmizə 0,250, heç-heçə isə 0,125 reytinq xalı qazandırır. Hazırda Azərbaycan UEFA reytinqində 53 ölkə arasında 30-cu pillədədi və hesabında 11.125 reytinq xalı var. Bunun 2.250 xalı cari mövsümdə qazanılıb ("İnter" - 0.750, "Qarabağ" - 0.875, "Neftçi" - 0.625).

"Neftçi" hazırda 8.725 xalla klub sıralamasında Avropanın 174-cü komandasıdı. "Qarabağ" isə 7.725 xalla 195-cidi. Rəqiblərə gəlincə, "Tvente" 42.779 xalla 41-ci, "Partizan" 14.125 xalla 115-cidi.

Avropa Liqası
Pley-off mərhələsi
(cavab oyunları)
28 avqust

21:00. Neftçi - Partizan
Hakimlər: Robert Şörgenhofer, Mattias Vinsayer, Roland Brandner, Dominik Ousxan
(Avstriya).
UEFA nümayəndəsi: Kris Bellon (Belçika).
Hakim-inspektor: Mişel Vautrot (Fransa).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
İlk oyun - 2:3

22:30. Tvente - Qarabağ
Hakimlər: Paolo Silvio Matsoleni, Lorenso Manqanelli, Alessandro Petrella, Sebastyano Perutso (İtaliya).
UEFA nümayəndəsi: Eduard Prodani (Albaniya).
Hakim-inspektor: Kostas Kapitanis (Kipr).
Enshede. "Tvente" stadionu.
İlk oyun - 0:0

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah