Bakı-2014 bu gün başlayır
28 avqust 2014 11:12
Bu gün Jumeirah Bilgah Beach otelinin çimərlik futbolu meydançasında Çimərlik Futbolu üzrə Avropa Kuboku – Bakı 2014 ( Europen Beach Soccer Cup - Baku 2014 ) turniri start götürəcək. Azerisport.az xəbər verir ki, turnirdə Azərbaycan, İsveçrə, Yunanıstan, Rusiya, İspaniya və Macarıstan milli komandaları iştirak edəcək.
Qrupların tərkibini və bu gün keçiriləcək oyunların başlanma vaxtını diqqətinizə çatdırırıq:
1-ci qrup: Azərbaycan, İsveçrə, Yunanıstan
2-ci qrup: Rusiya, İspaniya, Macarıstan
28 avqust
Saat 17:30. İsveçrə - Yunanıstan
Saat 18:45. İspaniya - Macarıstan