İspaniya və İsveçrədən Bakıda 6 qolluq qələbə
28 avqust 2014 21:00
Bu gün Jumeirah Bilgah Beach otelinin çimərlik futbolu meydançasında Çimərlik Futbolu üzrə Avropa Kuboku – Bakı 2014 ( Europen Beach Soccer Cup - Baku 2014 ) turniri start götürüb. Azerisport.az xəbər verir ki, turnirdə Azərbaycan, İsveçrə, Yunanıstan, Rusiya, İspaniya və Macarıstan milli komandaları iştirak edir.
Qrupların tərkibini və bu gün keçirilən oyunların nəticələrini diqqətinizə çatdırırıq:
1-ci qrup: Azərbaycan, İsveçrə, Yunanıstan.
2-ci qrup: Rusiya, İspaniya, Macarıstan
28 avqust
İsveçrə - Yunanıstan - 6:1
İspaniya - Macarıstan - 6:4