Arif Əsədov: Klublarımıza mütləq qol lazımdı
"Neftçi" klubunun sabiq baş məşqçisi Arif Əsədov klublarımızın Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq şanslarını qiymətləndirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Hər iki komandamızın şansları var. "Qarabağ" səfərdə qol vurmalıdı. Qolsuz çətin olacaq. Hollandlar evdə müdafiədə oturmayacaq. "Neftçi"yə gəldikdə səfərdə 2 qol vurmaqları yaxşı haldı. İndi başlanılan işi Bakıda bitirmək lazımdı. Bizə mütləq qol lazımdı. Fürsət düşdükcə dəqiq zərbələr vurmaq vacibdi. "Partizan" təcrübəli və istəkli komandadı. Bununla belə "Neftçi"nin ikinci dəfə qrupa düşmək şansları yaxşıdı. Azarkeşlərin dəstəyinə ehtiyac olacaq. Bu gün bütün azarkeşlər klublarımız üçün birləşməlidi. "Neftçi" səfərdə ilk dəqiqələrdə oynadığı kimi oynasa, sonluq yaxşı olacaq. Biz komandamıza inanırıq".