Lyubo Baranin: Azərbaycan xalqı qarşısında üzr istəyirəm
"Qəbələ"nin sabiq müdafiəçisi Lyuba Baranin Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Neftçi" ilə Serbiya "Partizan"ı arasında keçiriləcək cavab matçı öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bu oyunla əlaqədar yaranan qalmaqallara da münasibət bildirib:
"Serbiyalı azarkeşlərin Heydər Əliyevin abidəsinə qarşı elə hərəkət etməsinə inanmıram. Uzun illər Azərbaycanda çıxış etmişəm və bu ölkəni sevirəm. Etiraf edim ki, biz özümüz də bu hadisənin serblər və ya ermənilər tərəfindən həyata keçirildiyini bilmirik. İstənilən halda baş verən hadisəyə görə Azərbaycan xalqından üzr istəyirəm. Eyni zamanda "Partizan" futbolçularının Bakıda azarkeşlər tərəfindən fitə basılmasını görmək də xoşagəlməz haldı. Amma prinsipcə, bu, normal haldı".