Yığmamızın rəqibi BƏƏ ilə sülh bağladı
28 avqust 2014 15:50
Futbol üzrə Norveç yığması yoxlama oyununa qüvvəsini sınayıb. Azerisport.az xəbər verir ki, sözügedən komandanın rəqibi Birləşmiş Ərəb Əmirliklərinin yığması olub.
Qarşılaşma qolsuz başa çatıb - 0:0. Norveç millisi bu oyunda sadəcə, yerli çempionatda çıxış edən futbolçularla mübarizə aparıb. Norveç yığmasının müxtəlif ölkə çempionatlarında top qovan legioner futbolçuları isə bu görüşə dəvət olunmayıblar.
Qeyd edək ki, Norveç AÇ-2016-nın seçmə mərhələsində Azərbaycan yığmasının rəqibidi.