Muntyanu: Fasiləyə qələbə ilə yollanmaq bizim üçün vacibdi
28 avqust 2014 15:20
"Qəbələ"nin baş məşqçisi Dorinel Muntyanu Topaz Premyer Liqasının 4-cü turu çərçivəsində qarşılaşacaqları AZAL ilə oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bu oyuna maksimum hazır olmağa çalışırıq. Tam olaraq qarşıdakı oyuna köklənmişik. Bizim üçün dörd oyunluq tsikli qələbə ilə başa vurmaq çox vacibdi. Çünki bu oyundan sonra çempionatda fasilə yaranacaq, bəzi futbolçularımız milli komandalara yollanacaqlar. AZAL ilə oyunda 3 xal götürmək bizim üçün nəticə baxımından önəmlidi. Amma bizi yaxşı komanda ilə oyun gözləyir. Onlara hörmətlə yanaşırıq. Rəqibi düzgün qiymətləndirməsək, bizi cəzalandıra bilərlər".