Andrey Popoviç millidən kənarlaşdırıldı
28 avqust 2014 13:36
Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 3-də Bakıda İsrail, sentyabrın 8-də isə səfərdə Portuqaliya yığması ilə qarşılaşacaq 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik edilib. Azerisport.az xəbər verir ki, "Sumqayıt" klubunun üzvü Andrey Popoviç zədəli olduğu üçün yığmanın heyətindən çıxarılıb.
Qapıçının əvəzində milliyə yeni futbolçunun çağırılması barədə məlumat verilmir. (AFFA)