Sabah 1-ci divizionun püşkü atılacaq
28 avqust 2014 13:14
Sabah futbol üzrə Azərbaycan 1-ci divizionunun 2014/15 mövsümünün püşkatma mərasimi keçiriləcək. Azerisport.az xəbər verir ki, AFFA-nın inzibati binasında təşkil olunacaq tədbirin başlama vaxtı 15:00-dı.
Qeyd edək ki, yeni mövsümdə futbol üzrə Azərbaycan 1-ci divizionunda 16 komanda çıxış edəcək. Həmin klublar bunlardı:
“Rəvan”, “Neftçala”, “Qaradağ Lökbatan”, “Ağsu”, “Şahdağ”, “Şuşa”, “Turan-T”, “Mil-Muğan”, “Lokomotiv”, “Şəmkir”, MOİK, “Kəpəz”, “Bakılı”, “Göyəzən”, “Energetik”, “Zirə”.
Yarışların ilk turu 6-7 sentyabr tarixlərində keçiriləcək. (PFL)