Tvente - Qarabağ matçına 18 min bilet satılıb
27 avqust 2014 12:30
Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Qarabağ"la Hollandiya "Tvente"si arasındakı cavab oyununa bilet satışı davam edir. Azerisport.az xəbər verir ki, Enshededə baş tutacaq oyuna artıq 18 min bilet satılıb.
Oyun saatına qədər bu göstəricinin artması istisna deyil. Matçın keçiriləcəyi "Qrols Veste" stadionu 24 min azarkeş tutumuna malikdi.
Qeyd edək ki, "Tvente" - "Qarabağ" matçı sabah keçiriləcək və saat 22:30-da start götürəcək.