"Bakıda qələbə qazanmaq üçün həyəcan keçirmədən oynamalıyıq"
27 avqust 2014 21:00
Serbiyanın "Partizan" klubunun baş məşqçisi Marko Nikoliç Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Neftçi"yə qarşı keçirəcəkləri cavab oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:
"Bakıda hava çox istidi. Bu da bizə təsir edir. Amma yerli hava şəraitinə uyğunlaşmaq üçün hələ vaxtımız var. Hər iki komanda bu mərhələni uğurla adlamaq istəyir və bir-birini yaxşı tanıyır. Yəqin ki, stadiondakı atmosfer komandama təsir edəcək. Amma mən futbolçularıma inanıram. Ümid edirəm ki, yaxşı oyun olacaq. Bizə superkonsentrasiya lazımdı. Ümid edirəm ki, matça səhvsiz başlayacağıq. Həyəcansız oynamağ açalışacağıq ki, yenə qələbə qazanaq".