Karlos Kardoso: Bir oyunda iki avtoqol sürprizdi
"Neftçi"nin müdafiəçisi Karlos Kardoso Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Serbiya "Partizan"ı ilə cavab oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:
"Sabah təkcə klubumuz üçün yox, bütövlükdə hər bir futbolçu üçün vacib bir oyun olacaq. Şəxsən mən heç vaxt Avropa Liqasının qrup mərhələsində oynamamışam. Ona görə də məndə bu mövsüm böyük arzu var. Oyun öncəsi komandada maksimum konsentrasiya var. Müdafiəçilərimizin ilk oyunda vurduqları avtoqolları şərh etmək mənim üçün çətindi. Bunlar sadəcə, oyun epizodları idi. Bir avtoqol normaldı, amma ikisi əsl sürprizdi. Mən deyərdim ki, hər iki müdafiəçimiz əla oyun keçirdi. Sadəcə, bəxtləri gətirmədi. Bu dəfə isə səhv etmək olmaz".