Byelland: Ümid edirəm ki, qrup mərhələsinə vəsiqə qazanacağıq
27 avqust 2014 19:20
Hollandiyanın "Tvente" klubunun kapitanı Andreas Byelland Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"a qarşı keçirəcəkləri cavab matçı öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:
"Komandamız Bakıda yaxşı nəticə qazandı. Biz hamımız avrokuboklardakı çıxışımızı davam etdirmək istəyirik. Buna görə də sabahı intizarla gözləyirik. Ümid edirəm ki, dolu tribunalar qarşısındakı oyunumuzla qrup mərhələsinə düşə biləcəyik".