Alfred Şreyder: Qarabağ əks-hücumlarda çox təhlükəlidi
27 avqust 2014 19:30
Hollandiyanın "Tvente" klubunun baş məşqçisi Alfred Şreyder Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"a qarşı keçirəcəkləri cavab matçı öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:
"Biz sabah matçın taleyini həll etmək gücündə olduğumuza əmin olmalıyıq. Stadionun tam dolacağına ümid edirik. Fanatlarımız bizi dəstəkləməlidilər. Bu, komandamızın özünü göstərməsi yolunda önəmli məqamdı. Avrokuboklarda qazandığımız təcrübə futbolçularımızı daha güclü edir. "Qarabağ" yaxşı komandadı. Onlar təhlükəli əks-hücumlar qururlar. Amma biz öz oyunumuzu düşünməliyik. Qələbə qazanmaq üçün bütün gücümüzü meydanda qoymalıyıq".