Simurq yeni hücumçusunu sifariş etdi
27 avqust 2014 19:10
Transfer çalışmalarını davam etdirən "Simurq" hücum xəttini yeni futbolçu ilə gücləndirib. Azerisport.az xəbər verir ki, Sloveniya toplanışında baxışda olan və iki qarşılaşmada fərqlənməyi bacaran Lukas Treşnyakla 1+1 sistemi əsasında rəsmi müqavilə imzalanıb.
26 yaşlı futbolçu Zaqatala təmsilçisinin heyətində "9" nömrəli forma geyinəcək.
Qeyd edək ki, karyerası ərzində ilk dəfə legioner həyatı yaşayacaq Lukas Treşnyak artıq komanda ilə məşqlərə başlayıb. "Neftçi" ilə oyunda baş məşqçi şans versə, o da meydana çıxa biləcək. (klub saytı)