"Səfərdə vurulan iki qol bizim üçün üstünlükdü"
"Neftçi"nin yarımmüdafiəçisi Mirhüseyn Seyidov Avropa Liqasının pley-off mərhələsi çərçivəsində qarşılaşacaqları Serbiya "Partizan"ı ilə cavab oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
“Partizan”a qarşı keçirdiyimiz ilk oyunları yaxşı xatırlayıram. Qrup mərhələsində üz-üzə gəldiyimiz “Partizan”la indiki komandanı müqayisə etsək, deyərəm ki, ikinci daha güclüdü. Qrup mərhələsinin oyunu pley-off mərhələsinin matçı qədər həyəcanlı olmur. Pley-off oyunlarında istək, mübarizə daha yüksəkdi. Biz də sabah həlledici oyuna çıxacağıq. “Partizan” səddini keçmək bizim borcumuzdu. Səfərdə uduzsaq da, 2 qol vurmuşuq. Vurulan qollar bizim üçün üstünlükdü. Bundan əlavə, azarkeş dəstəyi də olacaq. Azarkeşlərin köməkliyi ilə ən azı bir qol vurub mərhələni keçməyimiz mümkündü". (PFL)