Flavinyo: Bu, Partizan üçün də biabırçılıqdı
"Neftçi"nin kapitanı Flavinyo Avropa Liqasının pley-off mərhələsi çərçivəsində qarşılaşacaqları Serbiya "Partizan"ı ilə cavab oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi bunları söyləyib:
“İndiki “Partizan” daha yaxşıdı. Rəqibin oyun ritminin daha da artdığını söyləməliyəm. Rəqibin fiziki gücü yüksəkdi. Fiziki gücü yüksək olan komandaya qarşı oynamaq isə çətindi. Biz 2:3 hesabı ilə uduzsaq da, şanslarımız olur. Hər kəs deyir ki, 2 qol vurduqdan sonra arxayınlaşdıq. Amma, məncə, biz birinci qoldan sonra çaşdıq. Bizim komandamız iki avtoqolla sarsıldı. Lakin unutmayaq ki, bizim erkən vurduğumuz iki qol “Partizan” üçün də biabırçılıqdı. Mən etiraf edirəm ki, səfər oyunun fərdi planda yaxşı oyun sərgiləmədim. Cavab oyununda daha yaxşı oyun nümayiş etdirmək istəyirəm və bunu bacaracağımı düşünürəm. Bizim komandamız cavab oyununa daha yaxşı motivasiya ilə çıxmalıdı. Çünki bizi vacib qarşılaşma gözləyir”. (PFL)