Nikolas Kanales: Əvvəlki Partizan daha güclü idi
27 avqust 2014 17:40
"Neftçi"nin hücumçusu Nikolas Kanales Avropa Liqasının pley-off mərhələsi çərçivəsində qarşılaşacaqları Serbiya "Partizan"ı ilə cavab oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, çilili forvard bunları söyləyib:
"Məncə, əvvəlki “Partizan” daha yaxşı idi. O vaxt fərdi planda yaxşı oyunçular az deyildi. Mənə elə gəlir ki, bizi öz oyunumuz daha çox düşündürməlidi. Artıq 2 həftədi ki, məşqlərə başlamışam. Yavaş-yavaş formaya düşürəm. Fiziki baxımından problemim yoxdu. Oyun praktikamı artırmalıyam. “Partizan”la cavab matçında hər şey özümüzdən asılıdı. Əsas məsələ qol buraxmamaqdı. Bizim qol vurmaq baxımından problemimiz yoxdu. “Neftçi” hər oyunda qol vurur". (PFL)