Seyidov: Meydanda bütün gücümüzü qoyacağıq
27 avqust 2014 16:40
"Neftçi"nin futbolçusu Mirhüseyn Seyidov Avropa Liqasının pley-off mərhələsi çərçivəsində qarşılaşacaqları Serbiya "Partizan"ı ilə cavab oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, klub saytına açıqlamasında bunları söyləyib:
"Partizan"la Avropa Liqasının qrup mərhələsində də qarşılaşmışdıq və rəqibin oyununa bələdik. Serblər əvvəlki ilə müqayisədə indi daha yaxşı təsir bağışlayır. Meydanda bütün gücümüzü qoyacağıq. "Partizan" səfərdə oynadığını matç başlayandan son dəqiqələrə qədər hiss etməlidi. Azarkeşlərin də dəstəyi sayəsində qalib gələ bilərik. APOEL ilə səfər qələbəsindən sonrakı sevinci xalqımıza bir daha yaşatmaq niyyətindəyik".