Namiq Ələsgərov: Səfərdə bizə daha asan olacaq
27 avqust 2014 16:00
"Qarabağ"ın yarımmüdafiəçisi Namiq Ələsgərov Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Hollandiya "Tvente"sinə qarşı keçirəcəkləri cavab matçı öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Mənə elə gəlir ki, Hollandiya bizə daha asan olacaq. Bakıda rəqib müdafiədən çıxmırdı. Ona görə də bizə qol vurmaq mümkün olmadı. Amma yəqin ki, sabah açıq futbol oynayacağıq. Rəqib müdafiəsindəki boşluqlardan yararlanmağa çalışacağıq".