Nazim Süleymanov: Xəzər Lənkəran rəhbərliyi ilə görüşməmişəm
27 avqust 2014 14:05
Futbol üzrə Azərbaycan millisinin sabiq məşqçisi Nazim Süleymanov "Xəzər Lənkəran"ın idman direktoru olacağı barədə xəbərlərə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Mən Bakıdayam. Son zamanlar Lənkəranda olmamışam. "Xəzər Lənkəran" rəhbərliyi ilə də heç bir görüşüm olmayıb. Əgər təklif olsa, məni baş məşqçi vəzifəsində görmək istəsələr, o zaman müzakirə aparmaq olar".