Rusiya - Azərbaycan matçı İrmatova tapşırıldı
27 avqust 2014 13:35
Futbol üzrə Rusiya və Azərbaycan yığmaları arasında keçiriləcək yoxlama matçını idarə edəcək hakimlər müəyyənləşib. Azerisport.az xəbər verir ki, bu qarşılaşmanı Özbəkistandan olan referilər idarə edəcəklər.
Baş hakim tanınmış FİFA referisi Ravşan İrmatov olacaq. Ona bu işdə həmyerliləri Abduhəmidulla Rəsulovla Alişer Usmanov yardım göstərəcək.
Qeyd edək ki, Rusiya - Azərbaycan matçı sentyabrın 3-də "Ximki Arena"da keçiriləcək.