Nik Marsmann: Qarabağla cavab oyunu tam fərqli olacaq
Hollandiyanın "Tvente" klubunun qapıçısı Nik Marsmannın azerisport.az saytına müsahibəsi
- "Tvente" "Qarabağ"la oyuna hazırdı?
- Hələ matça vaxt var. Tam hazır olduğumuzu deyə bilmərəm. Amma oyun saatına kimi mütləq tam hazır olmalıyıq.
- Səfər oyunundakı qolsuz heç-heçədən sonra özünüzü necə hiss edirsiz?
- Normal. Heç-heçə bizim üçün yaxşı nəticədi. "Qarabağ"ın güclü hücumları qarşısında duruş gətirə bildik. Amma Hollandiyadakı oyunda tam fərqli olacaq.
- Cavab oyununda qalib gələcəyinizə əminsiz?
- Əlbəttə. Azarkeşlərimiz qarşısında oynayacağıq. Bizim stadionun qazonu Bakıdakı arena ilə müqayisədə daha yaxşıdı. Öz oyunumuzu sərgiləyib, mərhələ keçəcəyik. Ciddi hazırlaşmalıyıq.
- Amma "Tvente" çempionat oyunlarında da qələbə üzünə həsrətdi...
- Buna görə kefimizi pozmuruq. Hazırda ancaq "Qarabağ"la oyunu düşünürük. Yaxşı hazırlaşsaq, növbəti mərhələyə keçə bilərik. Bacarmasaq, "Qarabağ" qələbə qazanacaq. Hər halda rəqibimiz də yaxşı, təcrübəli komandadı.
- Rəqibin daha çox hansı futbolçusundan ehtiyatlanırsız?
- Bütün komandadan. Amma şübhəsiz ki, Reynaldo və Almeydanı xüsusi qeyd etmək lazımdı. Müdafiəçilərimiz onları neytrallaşdırmağa borcludular.
- Hollandiyadakı oyunda "Tvente"dən hücum futbolu görə biləcəyik?
- İndi sizə bu barədə nəsə deə bilmərəm. Hansı oyunu sərgiləməyimizdən asılı olmayaraq, qrup mərhələsinə düşə bilərik. Gücümüzə inanırıq.