Qarabağ Hollandiyadadı
27 avqust 2014 01:15
"Qarabağ" artıq Hollandiyadadı. Azerisport.az xəbər verir ki, Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda "Tvente" klubuyla qarşılaşacaq komanda oyunun keçiriləcəyi şəhərdədi.
Təxminən 5 saat yarımlıq uçuşdan sonra komandamız Almaniyanın Münster şəhərinə çatıb. Oradan isə ağdamlılar Enshede şəhərinə yollanıblar.
Qeyd edək ki, "Tvente" - "Qarabağ" oyunu avqustun 28-də saat 22:30-da baş tutacaq. (klub saytı)