Qarabağla Neftçinin cavab oyunlarının vaxtı dəqiqləşdi
25 avqust 2014 00:20
Azərbaycanı Avropa Liqasında təmsil edən "Qarabağ"la "Neftçi"nin Avropa Liqasının pley-off mərhələsi çərçivəsində keçirəcəyi cavab oyunlarının başlama saatı dəqiqləşib. Azerisport.az xəbər verir ki, Ağdam klubu Hollandiya "Tvente"si ilə səfərdə, paytaxt təmsilçisi isə Serbiya "Partizan"ı ilə Bakıda qarşılaşacaq və hər iki oyun avqustun 28-də baş tutacaq.
"Neftçi"nin "Partizan"la cavab görüşü Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq və saat 21:00-da start götürəcək. "Qarabağ"ın Enshededə keçiriləcək "Tvente" ilə görüşü isə Bakı vaxtı ilə 22:30-da başlayacaq.
Qeyd edək ki, "Neftçi" "Partizan"la ilk oyunda 2:3 hesabıyla uduzub, "Qarabağ" isə "Tvente" ilə qolsuz heç-heçəyə razılaşıb.